UEFA Konfrans Liqasında qrup mərhələsinə yekun vurulub.
Son turadək yarışda qələbə üzünə həsrət qalan “Beşiktaş” səfərdə tilsimi qıraraq qalib gəlib - 0:2. Lakin bu qələbə D qrup üçüncüsü olan türkiyəlilərə kömək etməyib. “Qara qartallar” 4 xalla cari mövsümdə avrokuboklardakı çıxışlarını başa vurublar.