II təsnifat mərhələsinin cavab matçını İsveçdən olan hakimlər briqadası idarə edəcək.
Oxu.Az xəbər verir ki, iyulun 31-də keçiriləcək oyunun baş hakimi Kristoffer Karlsson olacaq.
Ona həmyerliləri Mikael Hallin və Markus Lundqren Klitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Oskar Yonson yerinə yetirəcək.
Qeyd edək ki, "Mol Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Rəylər