UEFA konfrans Liqasında V turun oyunlarına start verilib.
Oxu.az xəbər verir ki, C qrupunda həmyerlimiz Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Qazaxıstanda “Astana”nın qonağı olub.
Millimizin futbolçusu oyun ərzində ehtiyatda qalaraq meydançaya çıxmayıb. Buna baxmayaraq, onun komandası ev sahiblərindən üstün olub - 0:2.
Bu nəticədən sonra “Dinamo”6 xalla qrupda 2-ci yerdə qərarlaşıb. “Astana” isə 4 xalla 3-cüdür. C qrupuna 12 xalla “Viktoriya” (Plzen) başçılıq edir.
Konfrans Liqası: Mahir Emrelinin komandası səfərdə qalib gəldi - VİDEO
Rəylər