"Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Neftçi" FK məlumat yayıb.
Bildirilib ki, iştirak ərizəsində 22 futbolçunun adı var. Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 7-si yarımmüdafiəçi, 5-i isə hücumçudur.
Qapıçılar: 1. Emil Balayev, 13. Kenan Piriç, 93. Rza Cəfərov.
Müdafiəçilər: 3. Rüfət Abbasov, 5. İqor Ribeyro, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 24. Mustafa Sek, 55. Endryu Qravilyon, 77. Falaye Sako.
Yarımmüdafiəçilər: 4. Elvin Camalov, 6. Sessi d'Almeyda, 7. Emil Səfərov, 8. Emin Mahmudov, 18. İfeanyi Metyu, 20. Qustavo Klisman, 70. Andrey Ştoqrin.
Hücumçular: 11. İmad Fərəc, 19. Ağadadaş Salyanski, 29. Lyubomir Tupta, 33. Breno Almeyda, 97. Bassala Sambu.
Qeyd edək ki, "Neftçi" və "Dinamo" arasında ilk oyun iyulun 22-də saat 20:00-da "Palms Sports Arena"da, cavab matçı isə ayın 30-da Bolqarıstanda keçiriləcək.