Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Konor Makqreqor yalın əllə döyüşməyə hazırlaşır
UFC-nin (Mütləq Döyüş Çempionatı) sabiq çempionu Konor Makqreqor yenidən gündəmə gəlib.
Oxu.Az xəbər verir ki, irlandiyalı idmançı "Bare Knuckle FC" liqasında yalın əllə döyüşməyə hazırlaşır.
O, bu barədə İtaliyada keçirdiyi mətbuat konfransında məlumat verib.
Qeyd edək ki, 36 yaşlı irlandiyalı 2021-ci ildən bəri UFC-də döyüşməyib.
O, son döyüşündə ayağı zədələndiyindən Dastin Poryeyə texniki nokautla uduzmuşdu.
Konor keçirdiyi görüşlərin 22-də qələbə qazanıb, altısında məğlubiyyətlə barışıb.
"Konor Makqreqor" teqi üzrə xəbərlər
Ən çox oxunanlar