Konqo Demokratik Respublikasının futbol yığmasının 2026-cı ildə keçiriləcək dünya çempionatı üçün heyəti rəsmən müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ölkənin futbol federasiyası ictimaiyyətə açıqlayıb.
Qapıçılar: Timoti Fayulu ("Noa"), Lionel Mpasi ("Havr"), Matye Epolo ("Standart Liej");
Müdafiəçilər: Aaron Van-Bissaka ("Vest Hem"), Jedeon Kalulu ("Aris"), Joris Kayembe ("Genk"), Artur Masuaku ("Lans"), Stiv Kapuadi ("Vidzev"), Rokki Buşiri ("Hibernian"), Aksel Tuanzebe ("Börnli"), Şansel Mbemba ("Lill"), Dilan Batubinsika ("Larissa");
Yarımmüdafiəçilər: Noa Sadiki ("Sanderlend"), Samuel Mutussami ("Atromitos"), Meşak Elia ("Alanyaspor"), Edo Kayembe ("Uotford"), Şarl Pikel ("Espanyol"), Natanel Mbukiu ("Monpelye"), Brayan Sipenga ("Kastelyon"), Teo Bonqonda ("Spartak"), Qael Kakuta ("Larissa"), Nqalayel Moukau ("Lill");
Hücumçular: Fiston Mayele ("Pramids"), Sedrik Bakambu ("Betis"), Simon Banza ("Əl-Cəzirə"), Yoan Vissa ("Nyukasl").
Xatırladaq ki, Konqo yığması mötəbər turnirin qrup mərhələsində Portuqaliya, Kolumbiya və Özbəkistan milliləri ilə qüvvəsini sınayacaq. Qeyd edək ki, 11 iyun - 19 iyul tarixlərində baş tutacaq nəhəng futbol bayramına ABŞ, Kanada və Meksika ortaq sahiblik edəcək. Ümumilikdə isə mundiala 48 komanda qatılacaq.