Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Koronavirus dövründə “Instagram”da ən çox pul qazanan futbolçular
Koronavirus pandemiyası dövründə məşhur futbolçuların “Instagram” sosial şəbəkəsindən əldə etdikləri qazancın məbləği məlum olub.
“Daily Mail” yazır ki, üç məşhur futbolçu - Kriştianu Ronaldu, Lionel Messi və Neymar 12 mart - 14 may tarixlərində “Instagram” vasitəsilə bir milyon avrodan çox pul qazanıblar.
Adları qeyd olunan futbolçuların hər biri iki ay ərzində sosial şəbəkə hesabında dörd reklam postu paylaşıb.
Sözügedən vaxt ərzində sosial şəbəkədə reklam yerləşdirməklə əldə edilən ən yüksək qazanc Ronalduya (151 milyon izləyici) məxsusdur – 2,1 milyon avro.
İkinci sırada 1,4 milyon avro gəlirlə argentinalı Lionel Messi (138 milyon izləyici) gəlir.
Üçüncü sırada reklamdan 1,3 milyon avro qazanmış braziliyalı hücumçu Neymar (138 milyon izləyici) qərar tutub.
"Lionel Messi" teqi üzrə xəbərlər
- Messi Argentina millisinin heyətinə düşə bilmədi
- Üç oyun sonra meydana qayıdan Lionel Messi fərqlənməyi bacardı
- Dünyanın ən varlı futbolçuları bəlli olub - Ronaldu və Messi birinci deyillər
- Lionel Messi oynamadı: Rəqib komanda milyonlarla dollar ziyana düşdü
- Messi gələcək karyerası ilə bağlı YEKUN QƏRARINI VERDİ