“Arsenal” “Barselona”nın braziliyalı yarımmüdafiəçisi Filippe Koutinyonu heyətinə cəlb etməyi planlaşdırır.
Football.london saytı xəbər verir ki, Mikel Arteta “topçular”ın hücum xəttinə kreativlik qatmaq üçün F.Koutinyonu heyətdə görmək istəyir.
Braziliyalı yarımmüdafiəçi Kataloniya klubuna 2018-ci ildə transfer olunub.
28 yaşlı futbolçunun “Barselona” ilə imzaladığı müqavilənin müddəti 2023-cü ildə bitir.