ABŞ millisinin kapitanı Kristian Pulişiç qarşıdan gələn KONKAKAF Qızıl Kubokunda oynamayacaq.
Oxu.Az xəbər verir ki, "Milan"ın futbolçusu yorucu mövsümdən sonra dincəlmək istəyir.
Pulişiç A Seriyasında mövsümün son oyununda "Monza"ya qarşı matçda meydana çıxsa, bu, onun 50-ci oyunu olacaq.
Futbolçu hazırda ombasındakı problemdən əziyyət çəkir.