İspaniyanın “Real Madrid” komandasının və Portuqaliya millisinin oyunçusu Kriştiano Ronaldo 2013-cü il futbol mövsümü üçün “Qızıl top”a layiq görülüb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, Kriştiano Ronaldo bu sevinci İsveçrənin Sürix şəhərində keçirilən “Qızıl top” mükafatının təqdimetmə mərasimində yaşayıb.
Qeyd edək ki, 2013-cü ilin ən yaxşı futbolçusu adına fransalı Frank Riberi, portuqaliyalı Kriştiano Ronaldo və argentinalı Lionel Messi namizəd idi.
Ronaldo 2013-cü il futbol mövsümündə 59 oyunda yaşıl meydançaya çıxaraq 69 qola imza atıb.