Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kriştianu Ronaldu 1000 qola çata bilməyəcəyini etiraf edib
Portuqaliya millisinin və "Ən-Nəsr" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu 1000 qol səddinə çata bilməyəcəyini etiraf edib.
Oxu.Az "Goal"a istinadən xəbər verir ki, ulduz futbolçu 900 qol səddinə çatsa da, 1000-ə çatmağın elə də asan olmayacağını deyib.
"Mən açıq şəkildə dedim ki, 1000 qol hədəfinə çatmaq istəyirəm, amma görünür ki, bu elə də asan deyil. 900-ə çatdım. Amma bundan sonra bədənimin necə reaksiya verəcəyini bilmirəm. Əlbəttə, 1000 qol hədəfinə çatmağı hədəfləmişəm. Lakin çatmasam belə, hazırda dünyanın ən çox qol vuran futbolçusuyam", - deyə K.Ronaldu bildirib.
"Kriştianu Ronaldu" teqi üzrə xəbərlər
- Ronaldu yeni ildə ilk qolunu vurdu, "Ən-Nəsr" geridönüş etdi
- Kriştianu Ronaldu Lionel Messiyə görə klubunu dəyişmək qərarına gəlib
- Üçüncü onilliyin ən məhsuldar futbolçularının adları məlum olub
- Kriştianu Ronaldu "Real Madrid"də birlikdə çıxış etdiyi futbolçunu "Ən-Nəsr"ə dəvət edib
- İsveç millisinin hücumçusu Kriştianu Ronaldu və Lionel Messini qabaqlayıb
Ən çox oxunanlar
Rəylər