“Yuventus” komandasının hücumçusu Kriştianu Ronaldu qol sayına görə əfsanəvi futbolçu Peleni ötüb.
Portuqaliyalı “Udineze” (4:1)ilə matçda 757 və 758-ci qolunu vurub.
Kriştianu Lissabonun “Sportinq”, “Mançester Yunayted”, “Real Madird” və “Yuventus”, həmçinin Portuqaliya yığmasının heyətlərində 1 032 matç keçirib.
Pele 812 rəsmi matçda 757 qol vurub.
Qolların sayına görə rekord göstərici çexiyalı forvard Yozef Biçana məxsusdur. O, 1931-ci ildən 1955-ci ilə qədər 759 qol vurub.
Cristiano Ronaldo overtakes Pele's official goal tally 😎
— Goal (@goal) January 3, 2021
7️⃣5️⃣8️⃣ Ronaldo
7️⃣5️⃣7️⃣ Pele pic.twitter.com/PkflyyuMMY