Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kriştianu Ronaldu "Real Madrid"də birlikdə çıxış etdiyi futbolçunu "Ən-Nəsr"ə dəvət edib
"Mançester Yunayted"in braziliyalı futbolçusu Kazemiro yanvarda portuqaliyalı Kriştianu Ronaldunun komanda yoldaşı ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
Kazemiro Səudiyyə Ərəbistanında portuqaliyalı superulduzun formasını geyindiyi "Ən-Nəsr"ə keçməyə yaxındır. Mənbənin sözlərinə görə, Kriştianu Ronaldu özü Kazemiroya zəng edərək komandaya dəvət edib.
Kazemiro bununla da, dünyanın ən yüksək maaş alan futbolçularından biri olacaq. Belə ki, ərəblər ona həftəlik 800 min avroya yaxın maaş ödəyəcəklər.
Xatırladaq ki, Kazemiro daha əvvəl Ronaldu ilə "Real Madrid"də birlikdə çıxış edib.
"Kriştianu Ronaldu" teqi üzrə xəbərlər
- Dünyanın ən çox qazanan idmançıları bəlli oldu – Ronaldu yenə liderdir
- Finlandiyalı aşpaz Kriştianu Ronaldu və onun ailəsi ilə eyni evdə yaşayacaq
- Kriştianu Ronaldunun 76 milyon dollarlıq təyyarəsinin pəncərəsində çat yaranıb
- Ronaldu İrana getməkdən İMTİNA ETDİ
- Buffon: "Ronaldu və Messi arasında seçim etmək futbolu təhqir etməkdir"