"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 20-ci turu çərçivəsində "Əl-Əhli"nin qapısına yol tapa bilməyib.
Oxu.Az xəbər verir ki, portuqaliyalı futbolçu 76 dəqiqə meydanda olub və rəqib qapısına cəmi bir zərbə endirib ki, o da bloklanıb.
Buna baxmayaraq, komandası rəqib meydanında 2:3 hesabı ilə qalib gələrək turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Qeyd edək ki, Ronaldu bundan əvvəlki beş matçın hər birində fərqlənərək, ümumilikdə bu müddətdə yeddi qol vurmağa nail olub.