Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kriştianu Ronalduya evli qadını qucaqladığı üçün 99 şallaq vurulacaq?
Kriştianu Ronaldunun onu təhdid edən cəza səbəbiylə İrandakı matça çıxmadığı iddia edilir.
Oxu.Az "Daily Star"a istinadən xəbər verir ki, məşhur futbol ulduzu martın 3-də Asiya Çempionlar Liqasında İranın "İstiqlal" komandasına qarşı keçirdiyi oyunda iştirak etməyib.
İdmançının əlil fanatı (qolu amputasiya olunub) olan iranlı sənətçi Fatimə Həmami ilə əlaqə saxladığı üçün onu "zinaya görə 99 şallaq" cəzası gözlədiyi haqda xəbərlər yayılıb.
Ronaldu onu qucaqlayıb, öpüb ki, bu da İranda evli qadına qarşı sərt qaydaların pozulması deməkdir.
Lakin İran səfirliyinin nümayəndəsi idmançının cəzalandırılacağı ilə bağlı məlumatı təkzib edib.
Səudiyyə Ərəbistanından verilən məlumata görə, Ronaldu həmin görüşdə yorğunluq səbəbindən oyuna çıxmayıb.
Qeyd edək ki, Ronaldu fevralda Tehranda "Persepolis"lə keçirilən əvvəlki oyunu da buraxmışdı.
"Kriştianu Ronaldu" teqi üzrə xəbərlər
- Kriştianu Ronaldunun uşaqlıq kumiri kim olub?
- Ronaldu karyerasının 925-ci qolunu vurdu
- Dünyanın ən çox qazanan idmançıları bəlli oldu – Ronaldu yenə liderdir
- Finlandiyalı aşpaz Kriştianu Ronaldu və onun ailəsi ilə eyni evdə yaşayacaq
- Kriştianu Ronaldunun 76 milyon dollarlıq təyyarəsinin pəncərəsində çat yaranıb