Boks millimizin Kuba əsilli üzvü Azərbaycanda subaylığın daşını atıb.
Oxu.Az-ın xəbərinə görə, Alfonso Dominqes Nigar adlı azərbaycanlı xanımla evlənib.
II Avropa Oyunlarının qalibi, 81 kq çəki dərəcəsində yarışan legioner Türkiyəyə getməzdən öncə evlilik təklifi ilə çıxış edib. Mərasimdə Olimpiya mükafatçısı, I Avropa Oyunlarının qalibi olmuş digər kubalı legionerimiz Lorenso Sotomayor da iştirak edib.

Qeyd edək ki, boks millimiz hazırda Türkiyənin Kastamonu bölgəsində təlim-məşq toplanışı keçir. Alfonso Dominqes də həmin hazırlıq prosesində iştirak edir.
Səbuhi Musayev