Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kubalı legionerlərdən Boks Federasiyasına hörmətsizlik - FOTO
Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb.
Oxu.Az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 28 komandanın 138 boksçusu qüvvəsini sınayıb.
Altı gün davam edən turnirdə on çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Millimizin və “Qəbələ” klubunun boksçusu Lorenso Sotomayorun 69 kq çəki dərəcəsində finala çıxa bilmədiyini və bürünc medalla kifayətləndiyini xəbər vermişdik. Digər kubalı legionerimiz Pedro Alfonso isə 81 kq çəki dərəcəsinin finalında Rauf Rəhimova uduzub – 0:4. Alfonso sonradan uduzduğuna görə göz yaşlarını saxlaya bilməyib. Hər iki kubalı boksçu sonradan turnirin təşkilatçılarına hörmətsizlik edərək mükafatlandırmaya qatılmayıblar.
Maraqlı final görüşlərindən biri 75 kq çəki dərəcəsində kikboksinq millimizin kapitanı, “Lord” ləqəbli Ramal Aslanovla Olimpiya Oyunlarının bürünc mükafatçısı Kamran Şahsuvarlı arasında baş tutub. İlk dəfə boks yarışlarında qüvvəsini sınayan Aslanov Şahsuvarlıya uduzub – 0:5.
Yeri gəlmişkən, Şahsuvarlı qızıl medalla təltif olunan zaman onun hansı klubu təmsil etməsi üstündə mübahisə düşüb. “Qəbələ”nin boks bölməsinin rəhbəri Fariz Məmmədov onun bu klubun, DİN məşqçisi isə 25 yaşlı idmançının hərbi xidmətdə olduğunu bildirərək bu klubun adının yazılmalı olduğunu bildirib. Nəticədə, təşkilatçılar hər iki klubun adını yazıblar.
Beləliklə, həlledici döyüşlərdə qalib gələrək Azərbaycan çempionu olan boksçular bunlardır: Yadigar Əliyev (-49 kq), Məsud Yusifzadə (-52 kq), Tayfur Əliyev (-56 kq), Cavid Çələbiyev (-60 kq), Elvin İsayev (-64 kq), Elnur Süleymanov (-69 kq), Kamran Şahsuvarlı (-75 kq), Rauf Rəhimov (-81 kq), Rövşən Yaqubzadə (-91 kq) və Məhəmməd Abdullayev (+91 kq) çempion tituluna sahib olublar.
Yarımfinalda Lorenso Sotomayoru məğlub etmiş Elnur Süleymanov birinciliyin ən texnikalı, onun finalda məğlub etdiyi Nicat Həsənov isə ən əzmkar boksçusu adına layiq görülüb.
Turnirin komanda hesabında “Qəbələ” İK I yeri tutub. II pilləyə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti yiyələndiyi halda, “üçlüy”ü “Sədərək” İK qapayıb.
Çempionatda Elxan Quliyev ən yaxşı hakim, Firuz Novruzov (“Sədərək” İK) isə ən yaxşı məşqçi seçilib.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Səbuhi MUSAYEV
www.oxu.az
Oxu.Az yeniləndi!
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycan və Braziliya aqrar sahədə əməkdaşlıq edəcəklər
- Paşinyan: "Biz Azərbaycanla münasibətlərin normallaşması üçün konstruktiv həllər təklif etmişik"
- Ermənistanın ədliyyə naziri: "Yeni konstitusiyanın mətni 2026-cı il seçkisinə qədər hazır olmalıdır"
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
Rəylər