Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

La Liqa: "Atletiko" "Real Madrid"ə çata bilmədi
İspaniya La Liqasında 21-ci turun matçları oynanılır.
Oxu.Az xəbər verir ki, Madrid "Atletiko"su öz meydanında "Vilyareal"ı qəbul edib.
Qonaqlar ilk hissədə hesabı açsalar da, ev sahibləri fasilədən sonra hesabı bərabərləşdirməyə nail olublar - 1:1.
Doğma azarkeşləri önündə xal itirən "Atletiko Madrid" lider "Real Madrid"i ötmək şansını əldən verib.
Hazırda Dieqo Simeonenin yetirmələri 45 xalla yarış cədvəlinin 2-cisidirlər. Onlardan bir oyun daha az keçirən "Real" isə 46 xal toplayıb.
"İspaniya La Liqası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar