Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![La Liqa: "Barselona" son dəqiqələrdə büdrədi](https://images.oxu.az/2024/11/24/MtF6USBODepn6eIgg2wRp0bHGaQJyDkpcocGl0W1:1200.png)
La Liqa: "Barselona" son dəqiqələrdə büdrədi
İspaniya çempionatında 14-cü turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, lider "Barselona" səfərdə "Selta" ilə üz-üzə gəlib.
Qonaqlar 15-ci dəqiqədə Rafinyanın qolu ilə hesabı açıblar. 61-ci dəqiqədə Levandovski fərqi artırıb. Lakin 82-ci dəqiqədə katalonlar azlıqda qaldıqdan sonra 3 dəqiqəyə (84, 86) 2 top buraxaraq, qələbəni əldən veriblər - 2:2.
Bu nəticədən sonra "Barselona" 34 xalla liderliyini davam etdirir. İkinci pillədəki "Atletiko" liderdən 5 xal geri qalır. Katalonların əzəli rəqibi Madrid "Real"ı 27 xalla ilk üçlüyü qapayır, lakin kral klubunun ehtiyatda 2 oyunu var. "Selta" isə 18 xalla 11-cidir.
"Barselona FK" teqi üzrə xəbərlər
- Robert Levandovskinin "Barselona"dakı taleyinə aydınlıq gəldi
- Dünya futbolunda ən çox penalti vuran oyunçu bəlli olub
- Məşhurların Superboul sevgisi - Lionel Messi və Donald Tramp da var
- İspaniya La Liqası: "Barselona" 10 nəfərlə "Sevilya"nı darmadağın etdi
- 1994-cü ilin "Qızıl Top" mükafatının sahibi Xristo Stoiçkov 59 yaşında
Rəylər