İspaniya La Liqasının 17-ci turu çərçivəsində "Real Madrid" "Sevilya"nı qəbul edib.
Oxu.Az xəbər verir ki, Santyaqo Bernabeuda azarkeşlər iki qol və iki qırmızı vərəqənin şahidi olublar.
Qollara kral klubunun futbolçuları (Bellinqem 38, Mbappe 86-pen.) imza atıblar. Qırmızı vərəqələr isə qarşı tərəfə göstərilib (baş məşqçi Almeyda 45+5, müdafiəçi Markao 68).
Beləliklə də, meydan sahibləri azlıqda qalan qonaqları 2:0 hesabı ilə üstələyiblər.
Hazırda "Real" 42 xala malikdir və yarış cədvəlində ikinci pillədə qərar tutub. "Sevilya" isə 20 xalla 9-cudur.