İspaniya La Liqasının 12-ci turunda "Rayo Valyekano" "Real Madrid"i qonaq edib.
Oxu.Az xəbər verir ki, görüş qolsuz başa çatıb - 0:0.
Kral klubunun əsas hücumçuları Vinisius Junior və Kilian Mbappe bütün matçı meydanda keçirsələr də, rəqib qapısına yol tapa bilməyiblər. Beləliklə də, paytaxt təmsilçisi mövsümdə ilk bərabərliyə imza atıb.
Xal itkisinə baxmayaraq, "Real Madrid" turnir cədvəlində liderliyini qoruyub. Xabi Alonsonun komandası 12 oyundan 31 xalla birincidir. "Rayo Valyekano" isə 15 xalla turnir cədvəlində 12-ci yerdədir.