İspaniya La Liqasının 15-ci turu "Real Madrid" üçün uğursuz olub.
Oxu.Az xəbər verir ki, kral klubu "Selta"nı qəbul edib.
Paytaxt təmsilçisi oyunu 9 nəfərlə başa vurub və qapısında iki qol görüb - 0:2.
Bu nəticədən sonra Xabi Alonsonun yetirmələri ilə lider "Barselona" arasındakı xal fərqi 4-ə çatıb. Hazırda madridlilərin aktivində 36 xal var. "Selta" isə 19 xalla yarış cədvəlində ilk onluğu tamamlayır.