Analığın gündəlik qayğıları haqqında hekayələrini bölüşən Saratovdan (Rusiya) olan bloqer oğlunu böyük bir plastik torbaya qoyaraq, tozsoranla oradakı havanı çıxarıb.
Oxu.Az xəbər verir ki, bloqer videonu öz səhifəsində paylaşıb, lakin kadrlar birmənalı qarşılanmayıb.
Video təkcə izləyicilərin deyil, həm də hüquq-mühafizə orqanları əməkdaşlarının diqqətini cəlb edib. Rusiya Daxili İşlər Nazirliyinin Saratov vilayəti üzrə Baş İdarəsindən bildirilib ki, qadının hərəkətləri hüquqi baxımdan araşdırılacaq.
Rusiyalı bloqer oğlunu plastik torbaya salıb, havasını tozsoranla çıxardı