Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İspaniya La Liqası: "Real Madrid" qələbəni son dəqiqələrdə qazandı
İspaniya La Liqasının 32-ci turunda "Real Madrid" - "Atletik Bilbao" ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, "Santyaqo Bernabeu" stadionundakı matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
"Real Madrid" 90+3-cü dəqiqədə yarımmüdafiəçi Federiko Valverdenin vurduğu qol sayəsində qələbə qazanıb.
Keçirilən 32 matçdan sonra "Kral klubu" 69 xalla La Liqanın turnir cədvəlində ikinci yerdədir. Eyni sayda oyundan sonra "Atletik" 57 xalla dördüncüdür. İspaniya çempionatının yarış cədvəlinə 73 xalı olan "Barselona" başçılıq edir.
"Real Madrid FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar