Bu gün İspaniya La Liqasında ilk turun təxirə salınmış oyunlarından biri keçiriləcək.
Oxu.Az xəbər verir ki, "Real Madrid" doğma meydanda "Real Sosyedad"ı qəbul edəcək.
"Santyaqo Bernabeu" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Qeyd edək ki, "Real Madrid" mövsümün ilk oyununda səfərdə "Espanyol"u 2:1 hesabı ilə məğlub edib. "Real Sosyedad" isə ilk turda "Real Betis"ə 1:0 hesabı ilə uduzub.
İspaniya La Liqası
I tur
26 avqust
23:00, "Real Madrid" - "Real Sosyedad".
Qaynar xətt:
(055) 224 12 12