Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyada aprel ayının ən yaxşı futbolçusunun adını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu mükafata İspaniya millisinin və "Barselona"nın vingeri Lamin Yamal layiq görülüb.
Onun braziliyalı komanda yoldaşı Rafinya 2-ci olub. İlk üçlüyü Fransa millisi və PSJ-nin ulduzu Usman Dembele qapayıb.
Qeyd edək ki, 2025-ci ilin əvvəlki üç ayında Məhəmməd Salah (yanvar), Kilian Mbappe (fevral) və Niko Uilyams (mart) ən yaxşı seçiliblər.