"Bavariya"nın və İngiltərə milli komandasının futbolçusu Harri Keyn 2025/2026 mövsümünün yekunlarına əsasən, "Qızıl top" mükafatına layiq görülüb.
Oxu.Az xəbər verir ki, mükafatlandırma mərasimi Londondakı "Palladium" teatrında baş tutub.
Bununla da o, 25 ildən sonra həmin mükafatı alan ilk ingilis futbolçu olub. Keyndən qabaq bu mükafatı ən son 2001-ci ildə Maykl Ouen qazanmışdı.
Qeyd edək ki, "Qızıl top" mükafatını Harri Keynə braziliyalı futbol əfsanəsi Ronaldo Nazario təqdim edib.
"Bavariya"nın və İngiltərə milli komandasının futbolçusu Harri Keyn ilin ən yaxşı hücumçusu mükafatına layiq görülüb.
Oxu.Az xəbər verir ki, mükafatlandırma mərasimi Londondakı "Palladium" teatrında keçirilən "Qızıl Top" ("Ballon d'Or") tədbiri çərçivəsində baş tutub.
2025/2026 mövsümündə Keyn "Bavariya" ilə birlikdə Almaniya Superkubokunu, ölkə Kubokunu və Bundesliqa çempionluğunu qazanıb. İngiltərə millisinin heyətində isə o, 2026-cı il dünya çempionatının bürünc medalına yiyələnib.
Hücumçu 2025-ci ilin avqustundan 2026-cı ilin iyuluna qədər olan dövrdə "Bavariya" və İngiltərə yığmasının heyətində çıxış etdiyi 65 matçda 73 qol vurub.
PSJ klubu "France Football" jurnalının versiyasına əsasən 2025/2026 mövsümünün yekunlarına görə ən yaxşı futbol klubu mükafatına layiq görülüb.
Oxu.Az xəbər verir ki, Paris təmsilçisi bu ada ardıcıl ikinci il sahib çıxır.
Ötən mövsüm ərzində PSJ Fransa çempionatının qızıl medallarını, UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu və FIFA Qitələrarası Kuboku qazanıb.
"Atletik Bilbao" klubunun qapıçısı Unai Simon 2025/2026 mövsümünün yekunlarına əsasən ən yaxşı qapıçı mükafatına (Yaşin mükafatı) layiq görülüb.
Oxu.Az bu barədə "Qızıl Top"un ("Ballon d'Or") rəsmi saytına istinadən xəbər verir.
Unai Simon həm "Atletik Bilbao"nun heyətində, həm də milli komandadakı inamlı və sabit oyunu ilə fərqlənərək səsvermədə rəqiblərini geridə qoymağı bacarıb.
29 yaşlı qolkiper İspaniya yığması ilə birlikdə DÇ-2026-nın qızıl medallarını qazanıb. O, turnir ərzində keçirdiyi 8 matçın 7-də qapısını toxunulmaz saxlayaraq bu göstərici üzrə yeni rekorda imza atıb.
Futbol üzrə İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente 2025/2026 mövsümünün yekunlarına əsasən ən yaxşı məşqçi mükafatına layiq görülüb.
Oxu.Az bu barədə "Qızıl Top"un (Ballon d'Or) rəsmi saytına istinadən xəbər verir.
Xatırladaq ki, Luis de la Fuentenin rəhbərliyi altında İspaniya milli komandası 2026-cı il dünya çempionatının qalibi olub. 2022-ci ildən millini çalışdıran mütəxəssisin müqaviləsi 2032-ci ilə qədər nəzərdə tutulub.
İspaniya millisinin və "Barselona"nın hücumçusu Lamin Yamal "France Football" jurnalının 2025/26 mövsümünün ən yaxşı gənc futbolçusuna təqdim etdiyi "Kopa" mükafatına layiq görülüb.
Oxu.Az xəbər verir ki, futbolçu bu mükafatı ardıcıl üçüncü dəfə qazanıb.
Yamal tarixdə bu nominasiyada ən azı iki dəfə qalib gələn ilk və yeganə oyunçudur.
Qeyd edək ki, "Kopa" mükafatı 21 yaşdan yuxarı olmayan futbolçulara təqdim edilir.