"Barselona"nın 17 yaşlı futbolçusu Lamin Yamal artıq indidən La Liqada qazandığı çempionluqların sayına görə "Real Madrid"in əfsanəsi Kriştianu Ronalduya çatıb.
Oxu.Az xəbər verir ki, Yamal karyerasında ikinci dəfə La Liqanın qalibi olub.
O, ilk dəfə 2022/23 mövsümündə bu uğuru qazanıb.
Ronaldu da "Real Madrid"də çıxış etdiyi illərdə iki dəfə (2011/12 və 2016/17) İspaniya çempionu adına layiq görülüb.
Qeyd edək ki, Ronaldu 2009-2018-ci illərdə "Kral klubu"nu təmsil edib.