"Biz bilirik ki, çox çətin oyun olacaq".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Leandro Andrade UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Kopenhagen"ə (Danimarka) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
O bildirib ki, UEFA Çempionlar Liqasında zəif komanda yoxdur:
"Sadəcə onu deyə bilərəm ki, sabah çox çətin oyun olacaq və biz bu oyuna ciddi hazırlaşmışıq".
Murad Həsənov