Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Lebron Ceyms yeni rekorda imza atıb
"Los-Anceles Leykers"in basketbolçusu Lebron Ceyms yeni rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, 39 yaşlı Lebron Ceyms NBA-da parket üzərində ən çox vaxt keçirən basketbolçu olub.
O bunu "Sakramento Kinqs"ə qarşı oyunda rəsmiləşdirib. Bu, Lebronun 22-ci mövsümündə 1517-ci oyunu olub. Əfsanəvi basketbolçu bu matçlarda meydanda 57 447 dəqiqə keçirib.
Bununla da o, Kərim Abdul Cabbarı geridə qoyub. Xatırladaq ki, əvvəlki rekord 57 446 dəqiqə idi.
Qeyd edək ki, "Los-Anceles Leykers" səfərdə "Sakramento Kinqs"ə 113:100 hesabı ilə qalib gəlib.
"Lebron Ceyms" teqi üzrə xəbərlər
- Kevin Dürant Lebron Ceymsin uğurunu təkrarladı
- 40 yaşlı Lebron Ceyms NBA tarixində 50 000 xal toplayan ilk basketbolçu oldu
- Dünyanın ən çox qazanan idmançıları bəlli oldu – Ronaldu yenə liderdir
- MBA-da tarixi transferlərdən biri Luka Donçiç "Los-Anceles Leykers"də debüt oyununa çıxıb
- Lebron Ceyms NBA-da tarixi nailiyyətə imza atdı
Ən çox oxunanlar