Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” bu gün Avropa Liqasında növbəti oyununda İngiltərənin “Lester Siti” klubuna minimal hesabla qalib gəlib.
Oyunda yeganə qolu start heyəyətdə meydana çıxan Mahir Emreli görüşün 31-ci dəqiqəsində vurub.
Beləliklə, 24 yaşlı hücumçu komandasına vacib qələbə qazandırıb.
Mahir Emreli matçın 83-cü dəqiqəsində əvəzlənib. O, meydanı tərk edərkən rəqib futbolçusu Meddinsonla mübahisə edib və hakim hər iki oyunçuya sarı vərəqə göstərib.
Qeyd edək ki, ilk turda Moskva “Spartak”ını 1:0 hesabı ilə məğlub edən “Legiya” hazırda altı xalla C qrupunda liderdir.
21:25
Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” bu dəqiqələrdə Avropa Liqasında növbəti oyununu keçirir.
Varşava təmsilçisi C qrupunun 2-ci turunda doğma meydanda İngiltərə “Lester Siti"ni qəbul edir.
Görüş milli komandamızın oyunçusu üçün uğurlu alınıb. Mahir görüşün 31-ci dəqiqəsində hesabı açıb - 1:0.
30' | MAHEROWSKI ZNÓW TO ZROBIŁ! 🔥🔥🔥 #UEL #LEGLEI 1⃣:0⃣ pic.twitter.com/aW7MZ8iHvR
— Legia Warszawa 👑 (@LegiaWarszawa) September 30, 2021