Münhen “Bayern”inin hücumçusu Robert Levandovski Almaniya çempionatında rekorda imza atıb.
Bu barədə “Haber Global” yazıb.
Belə ki, son turda “Auqsburq”la qarşılaşmada fərqlənən futbolçu bu mövsüm 41-ci qolunu vurmaqla əfsanəvi futbolçu Qerd Müllerin 40 qolluq rekordunu geridə qoyub.
O, 5:2 hesabı ilə başa çatan matçın sonuncu qolunu vurub.