Almaniyanın “Bavariya” klubunun polşalı hücumçusu Robert Levandovski çempionatın ilk turunda “Şalke” üzərində böyükhesablı qələbədən danışıb.
Bu barədə futbolçu “Instagram” hesabında paylaşım edib.
Futbolçu 8:0 hesablı qələbəyə bir qədər özündənrazı şəkildə reaksiya verib.
“Pis başlanğıc deyil”, - deyə R.Levandovski qeyd edib.
Xatırladaq ki, R.Levandovski qarşılaşmada 11 metrlik cərimə zərbəsindən fərqlənib. Polşalı həmçinin iki məhsuldar ötürmə edib.