Almaniya Bundesliqasında VI tur davam edir.
Oxu.Az xəbər verir ki, turun maraqlı oyunlarından biri Münhendə keçirilib.
“Bavariya” “Ştutqart”ı qəbul edib.
Oyunun gedişatında 2 top fərqi ilə öndə olan meydan sahibləri qonaqların son dəqiqə qoluna əngəl ola bilməyiblər və yekunda bir xala qane olublar – 2:2.