Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Lionel Messi "Barselona"ya qayıdır?
ABŞ klubu "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi İspaniya təmsilçisi "Barselona"ya qayıda bilər.
Oxu.Az "Gol"a istinadən xəbər verir ki, futbolçu 2026-cı ilin əvvəlində azad agent kimi Kataloniya klubu ilə qısamüddətli müqavilə bağlayaraq, yenidən komandanın üzvü ola bilər.
Məqsəd futbolçunun qarşıdan gələn dünya çempionatına yaxşı hazırlaşa bilməsidir.
Qeyd edək ki, L.Messi 2024-cü ildə klub səviyyəsində bütün turnirlərdə 24 oyunda iştirak edib, 22 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "İnter Mayami" ilə müqaviləsinin müddəti 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.
"Lionel Messi" teqi üzrə xəbərlər
- Dünyanın ən varlı futbolçuları bəlli olub - Ronaldu və Messi birinci deyillər
- Lionel Messi oynamadı: Rəqib komanda milyonlarla dollar ziyana düşdü
- Messi gələcək karyerası ilə bağlı YEKUN QƏRARINI VERDİ
- Lionel Messi və Luis Suaresin qolları "İnter Mayami"ni 1/8 finala çıxardı
- Lionel Messi "Barselona"ya qayıdır
Ən çox oxunanlar