Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Lionel Messi "Barselona"ya qayıdır
Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi "Barselona"ya qayıdacaq.
Oxu.Az Gazeta.ru nəşrinə istinadən xəbər verir ki, bunu Messinin PSJ-dən "İnter Mayami"yə keçidindən ilk xəbər tutan argentinalı jurnalist Aleks Kandal deyib.
Jurnalistin sözlərinə görə, Messi təmirdən çıxmış "Kamp Nou" stadionunda oynamayana qədər karyerasını bitirmək fikrində deyil.
Forvardın MLS-2025 ("Major League Soccer") mövsümü başa çatdıqdan sonra bir neçə ay müddətinə Kataloniya klubuna icarə əsasında keçəcəyi gözlənilir.
Messi "Barselona"nın gənclik sisteminin məhsuludur. O, 2003-2021-ci illərdə əsas komandada çıxış edib. Bu müddət ərzində o, 835 oyun keçirib, 709 qol vurub. Messi "Barselona" ilə dörd dəfə Çempionlar Liqasının qalibi olub, Argentina ilə 2022 Dünya Kubokunun qalibi olub , iki dəfə Amerika Kubokunun qalibi olub və səkkiz dəfə "Qızıl top"u qazanıb.
"Lionel Messi" teqi üzrə xəbərlər
- Dünyanın ən çox qazanan idmançıları bəlli oldu – Ronaldu yenə liderdir
- Buffon: "Ronaldu və Messi arasında seçim etmək futbolu təhqir etməkdir"
- Messini rinqə çağırdılar
- Dünya futbolunda ən çox penalti vuran oyunçu bəlli olub
- Huqo Qatti: "Ronaldu hər zaman Messidən üstün olub, lakin Peleyə çata bilməz"