Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Argentina prezidenti Lionel Messinin evinin dağıdılmasına münasibət bildirib
Argentinanın prezidenti Xavyer Miley ulduz futbolçunun İbizadakı evinin dağıdılması ilə bağlı açıqlamasında bunun vəhşilik və qorxaqlıq olduğunu deyib.
Oxu.Az xəbər verir ki, Lionel Messinin İbizadakı qeyri-qanuni olduğu iddia edilən evi ekofəallar tərəfindən dağıdıldıqdan sonra Argentina prezidenti məsələ ilə bağlı açıqlama verib.
"Lionel Messinin evinə qarşı edilən bu hərəkət vandalizm və vəhşilikdir. Sadəcə qorxaq insanlar belə hərəkətlər edirlər. İspaniyada "iqlim dəyişikliyinə son qoymaq üçün varlıları öldürmək və polisi ləğv etmək" istəyən kommunistlər Lionel Messi və ailəsinə məxsus evi dağıdıblar. İspaniya Krallığında yaşayan Argentina vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsini xahiş edirəm".
Lionel Messinin İbizadakı 11 milyon avroluq "qanunsuz" malikanəsi ekofəallar tərəfindən dağıdılıb.
Oxu.Az Goal.com-a istinadla xəbər verir ki, "İnter Mayami"nin ulduzu Lionel Messi İbizadakı malikanəsi 11 milyon avro (9 milyon funt sterlinq/12 milyon dollar) olan "Futuro Vegetal" iqlim fəalları qrupu tərəfindən dağıdılıb.
Ekofəallar malikanəni dağıtdıqdan sonra açdıqları pankartda: "Messinin İbizadakı qeyri-qanuni malikanəsini rəngləyirik. Köşk futbolçunun 11 milyon avroya aldığı qeyri-qanuni tikilidir", - yazıblar.
Qeyd edək ki, Lionel Messi məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Rəylər