“Liverpul” “Sportinq”in baş məşqçisi Ruben Amorimlə prinsipial olaraq şifahi razılığa gəlib.
Portuqaliyalı bu yay “qırmızılar”a rəhbərlik edəcək. Daha əvvəl bildirilmişdi ki, “Liverpul” baş məşqçi ilə müqaviləni vaxtından əvvəl ləğv etdiyi üçün “Sportinq”ə 20 milyon avro təzminat ödəməli olacaq.
Qeyd edək ki, Amorim 2020-ci ildən Lissabon klubuna rəhbərlik edir. Onun rəhbərliyi altında “Sportinq” çempion olub və iki dəfə Portuqaliya Kubokunu qazanıb. Amorimin komandası bu mövsüm çempionata başçılıq edir.
“Qırmızılar”ın hazırkı baş məşqçisi Yurgen Klopp yayda komandanı tərk edəcək. Bundan əvvəl Xabi Alonso Kloppun əvəzediciləri siyahısından çıxmışdı. Bask açıq şəkildə bəyan edib ki, o, yeni mövsümdə də Leverkuzen “Bayer”ini çalışdırmağa davam edəcək.
Mənbə: sportarena