İngiltərənin "Çelsi" klubu "İnter"in müdafiəçisi Alessandro Bastonini transfer etmək istəyir.
Oxu.Az "Corriere dello Sport" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin yanvar transfer pəncərəsində 27 yaşlı italiyalı müdafiəçi üçün 80 milyon avro ödəməyə hazır olduğu bildirilir.
"Çelsi"nin baş məşqçisi Xabi Alonsonun Bastoninin transferində israrlı olduğu qeyd edilir.
Bildirilib ki, "İnter"in yüksək maliyyə tələbləri "Barselona"nın da futbolçuya marağını azaldıb. Kataloniya klubu daha münasib qiymətə müdafiəçi axtarışına yönəlib.
