"Bu gün hamımız çox sevincliyik. 30 ildən sonra doğma torpaqlarımıza qayıdırıq. Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Ordumuzun səltənəti əbədi olsun".
Bunu Oxu.Az-a açıqlamasında Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köç edən Səbinə Yusif deyib.
O bildirib ki, özü Qazax rayonundan, həyat yoldaşı isə qarabağlıdır:
"Mənim həyat yoldaşım doqquz yaşında ailəsi ilə Xocavəndi tərk etmək məcburiyyətində qalıb. Bu gün isə qızımızın doqquz yaşı var. 33 ildən sonra birlikdə doğma torpaqlara geri qayıdırıq".