İngiltərənin "Liverpul" klubu "Bornmut"un və Braziliya millisinin vingeri Rayanı transfer etmək istəyir.
Oxu.Az "TEAMtalk"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin baş məşqçisi Andoni İraolanın da futbolçunu komandasında görmək istədiyi bildirilir.
İspaniyalı mütəxəssis daha əvvəl "Bornmut"da Rayanla birlikdə çalışıb. Rayanın "Bornmut"la müqaviləsi 2031-ci ilin yayına qədərdir. Anlaşmada 130 milyon funt sterlinq (150 milyon avrodan çox) təzminat məbləği yer alıb. Lakin bu bənd yalnız 2027-ci ildən qüvvəyə minəcək.
Qeyd edək ki, keçid baş tutarsa, Rayan "Liverpul" tarixinin ən bahalı transferi olacaq.
