Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“Liverpul” rəqibini qol vurmağa peşman etdi - VİDEO
İngiltərə Premyer Liqasının 26-cı turunun açılış matçında lider “Liverpul” autsayder “Luton Taun”u qəbul edib.
“Enfild”də baş tutan qarşılaşmada hesabı qonaqlar açsalar da, meydan sahibləri onları qol vurduqlarına peşman ediblər.
12-ci dəqiqədə Oqbenenin qapı çərçivəsinə vurulan dəqiq zərbəsinə mersisaydlılar van Deyk (56), Qakpo (58), Dias (71) və Elliotun (90) qolları ilə cavab veriblər - 4:1.
Beləliklə də, Yurgen Klopun yetirmələri xallarının sayını 60-a çatdıraraq liderliklərini möhkəmləndiriblər. “Luton” isə 20 xalla turnir cədvəlində 18-cidir.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
- Bu gün keçiriləcək ən maraqlı futbol oyunlarının AFİŞASI
- İngiltərə Premyer Liqası: "Mançester Yunayted"lə "Arsenal"ın qarşılaşmasında qalib müəyyən olmadı
- İngiltərə Premyer Liqası: "Çelsi" "Lester"i məğlub etdi
- İngiltərə Premyer Liqası: "Liverpul" geridönüş edərək "Sauthempton"u məğlub etdi
- İngiltərə Premyer Liqası: "Mançester Siti" növbəti dəfə məğlub oldu
Ən çox oxunanlar