Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Liverpul"un tarixində İLK - Əsas heyətdə ingilis futbolçu tapılmadı
"Liverpul" tarixində ilk dəfə start heyətində bir nəfər də olsun ingilis futbolçu olmadan meydana çıxıb.
Oxu.Az "Opta Sport"a istinadən xəbər verir ki, bu, İngiltərə Premyer Liqasında "Everton"la XV turdan təxirə salınmış matçda baş verib.
Sözügedən görüşdə "qırmızılar"ın start heyətində doqquz ölkədən futbolçular yer alıb.
Niderland: Vircil Van Deyk, Kodi Qakpo, Rayan Qravenberx
Fransa: Ibrahima Konate
Macarıstan: Dominik Soboslai
Şotlandiya: Andre Robertson
Şimali İrlandiya: Konor Bredli
Misir: Məhəmməd Salah
Braziliya: Alisson Beker
Argentina: Aleksis Makallister
Kolumbiya: Luis Dias
Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
- İngiltərə Premyer Liqası: "Mançester Yunayted" autsayderə şans vermədi
- İngiltərə Premyer Liqası: London derbisinin qalibi bəlli oldu
- Holand Premyer Liqa tarixinin rekorduna imza atdı
- İngiltərə Premyer Liqası: "Mançester Siti" "Brayton" səddini keçə bilmədi
- Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək ən maraqlı oyunların AFİŞASI