Sosial şəbəkələrdə “Liverpul” oyunçularının İngiltərə çempionatının XXXI turunda “Çelsi”nin “Mançester Siti” üzərində qazandığı qələbəni (2:1) böyük coşqu ilə qeyd etməsinin əks olunduğu görüntülər yayımlanıb.
Oxu.Az xəbər verir ki, qarşılaşmanı idarə edən baş hakimin final fitindən dərhal sonra oyunu televiziya ekranı qarşısında izləyən mersisaydlıların aparıcı oyunçuları çempionluğu qeyd ediblər.
Qeyd edək ki, bu nəticədən sonra “Liverpul” 30 illik fasilədən sonra İngiltərə Premyer Liqasında çempion olub.