“Liverpul”un və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Stiven Cerrard “Aston Villa” klubunun baş məşqçisi təyin edilib.
Bu barədə məlumat klubun rəsmi “Twitter” səhifəsində dərc edilib.
“Aston Villa” İngiltərə Premyer Liqasının 2021-2022-ci il mövsümündə 11 matçda 10 xal toplayıb və turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, 41 yaşlı S.Cerrard bundan əvvəl Şotlandiyanın “Reyncers” klubunun çalışdırıb.
O, bu kluba 2020-2021 mövsümündə Şotlandiya çempionluğu qazandırıb.