İngiltərənin “Liverpul” futbol klubunun əfsanəvi yarımmüdafiəçisi Stiven Gerard bu mövsümün sonunda komandanı tərk edəcək.
Oxu.Az Modern.az-a istinadən bildirir ki, bu barədə klubun rəsmi saytında bəyan edilib. 34 yaşlı ingiltərəli karyerasını harada davam etdirəcəyi isə açıqlanmayıb.
Məlum olan odur ki, Gerard İngiltətrə çempionatında oynamayacaq. KİV-də verilən məlumatlara görə, Gerard Şimali Amerikanın Ali Futbol Liqasında çıxış edəcək.
Yarımmüdafiəçiyə “Nyu-York Red Bulls” klubunun maraq göstərdiyi də bildirilir.