İngiltərə “Liverpul”unun qolkiperi Alison Bekerin Premyer Liqa matçında etdiyi səhvdən sonra “Lester Siti” qola imza atıb.
Oxu.Az xəbər verir ki, görüşün 63-cü dəqiqəsində braziliyalı qapıçı “Lester”in forvardı Keleçi İheanaçonu aldatmağa cəhd edib. Lakin bu, onun üçün acınacaqlı sonluqla nəticələnib.
Hücumçu topu rəqibdən alaraq Raşid Qezzala ötürüb və o, qapını dəqiq nişan alıb.
Lakin bu səhvə rəğmən, Alison Bekerin komandası yekunda 2:1 hesabı ilə qalib gəlib.