İngiltərə Premyer Liqasının başa çatmasını “Liverpul” futbolçuları öz komanda yoldaşları haqqda mahnı oxumaqla qeyd ediblər. Dubay otellərinin birində bayram naharından sonra içkili olan “mersesaydlılar” Kolo və Yaya Toure qardaşları haqqda mahnı oxuyublar.
Bu barədə Oxu.Az Liverpool Echo-ya istinadən xəbər verir.
Qeyd edək ki, Kolo Toure “Liverpul”un, Yaya Toure isə “Mançester Siti”nin şərəfini qoruyur. BƏƏ futbolçular son turda “Stok Siti”yə 6:1 uduzduqdan sonra gediblər.
“Liverpul” bu sezon İngiltərə premyer liqasını 6-cı pillədə başa vurub.