Almaniya yığmasının türk əsilli futbolçusu Emre Can İngiltərə Premyer Liqasının 35-ci turunda fantastik qol vurub.
Oxu.Az-ın xəbərinə görə, yarımmüdafiəçi “Uotford”-“Liverpul” matçında ilk hissəyə əlavə edilmiş dəqiqələrdə fərqlənib.
Emre Can Lukas Leyvanın ötürməsindən sonra topu saxlamadan “qayçıvari” zərbə ilə Heurelyo Qomesin qoruduğu qapıdan keçirib.
İlk hissədən sonra “mersesaydlılar” minimal hesabla irəlidədirlər.
Qeyd edək ki, Yurqen Klopun yetirmələri 34 turdan sonra 66 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıblar. “Uotford” isə 40 xalla 13 yerdədir.
S.B.
www.oxu.az