"Mən birinci dəfədir Azərbaycana gəlirəm və burada olmaqdan çox məmnunam".
Oxu.Az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsində keçirilmiş Azərbaycan - Lixtenşteyn matçından sonra mətbuat konfransında rəqib komandanın baş məşqçisi Konrad Fünfştük deyib.
O bildirib ki, burada olan qonaqpərvərlik çox xoşuna gəlib:
"Bizə göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkür edirəm. 40 min əhalisi olan bir ölkə kimi biz bu oyunda favorit deyildik. Azərbaycan milli komandası 20 milyonluq bir dəyərə malikdir. Ona görə də burada qazandığımız nəticə bizim üçün uğurlu hesab oluna bilər. Bizim oyunda qalib gəlmək üçün şanslarımız oldu. Lakin bərabərlik bizim üçün yaxşı nəticə oldu. Biz hər qazandığımız xala sevinirik".
Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının II qrupunda keçirilən Azərbaycan - Lixtenşteyn oyunu 0:0 hesabı ilə başa çatıb.